YIL: 4  /  SAYI: 38  /  Şubat - 2010
Avrasya Yazarlar Birliği tarafından yayımlanmaktadır.

 

muharibe elili
Gulu AĞSES

 

Üzdü ayaqlarımı Vətən yolu
qayıtdım üzüqoylu…
qayıtdım
qurşağımın yuxarı qatıyla,
qayıtdım
əlil arabasının atıyla…
İki balam gözüyaşlı
arvadım başıdaşlı…
Yazıq hər əmrə müntəzir:
həm məni gəzdirir,
həm … özü gəzir…
Süfrəmdə haram var
dinmirəm,
İki ac balam var
dinmirəm.
Dinmirəm
gül ağzı açılanda heyrətin:
“Vətəni qorudun, bəs öz qeyrətin?!”
… Üzdü ayaqlarımı Vətən yolu
bu da mənə “sağ ol”u……

 

»»  Devamı Kardeş Kalemler 38. sayıda...

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

DERGİDEN