Məleykə Mirzəli 1999-cu ildə Azərbaycanda, Bakı şəhərində anadan olub. Bakalavr, magistr təhsillərini Bakı Dövlət Universitetinin Filologiya fakültəsində alıb. Hazırda BDU-nun Türk dilləri ixtisası üzrə doktorantı və müəllimi, fakültə üzrə fəaliyyət göstərən Türkoloji dərnəyin rəhbəridir. Publisistik və elmi yazıları həm ölkə, həm də digər türk dövlətlərinin mətbuatında dərc olunub. 2024-cü ildə Azərbaycan Gənclər Fondunun fərdi qrant müsabiqəsinin qalibi olmuş, “Türk dünyası hekayələrdə” layihə
Məleykə Mirzəli 1999-cu ildə Azərbaycanda, Bakı şəhərində anadan olub. Bakalavr, magistr təhsillərini Bakı Dövlət Universitetinin Filologiya fakültəsində alıb. Hazırda BDU-nun Türk dilləri ixtisası üzrə doktorantı və müəllimi, fakültə üzrə fəaliyyət göstərən Türkoloji dərnəyin rəhbəridir. Publisistik və elmi yazıları həm ölkə, həm də digər türk dövlətlərinin mətbuatında dərc olunub. 2024-cü ildə Azərbaycan Gənclər Fondunun fərdi qrant müsabiqəsinin qalibi olmuş, “Türk dünyası hekayələrdə” layihəsini uğurla başa vurmuşdur. Eyni zamanda Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür. Türk xalqları ədəbiyyatından üç tərcümə kitabı nəşr olunub: “Çağdaş tatar hekayələr antologiyası” (2023); Qazaxıstan Prezidentinin müşaviri, tanınmış qazax yazar Malik Otarbayevin “Gözlədiyimiz xoşbəxtlik” (2024) kitabı; türk dillərindən ibarət “Türk dünyasından hekayələr” (2024) antologiyası.
Devamını Oku