Oqtay Rza( Rzalı Oqtay Məhərrəm oğlu) 1934 – cü il noyabrın 2 – də Salyan
rayonunun Qalalı kəndində, ali təhsilli ədəbiyyat müəlliminin ailəsində dünyaya
gəlib. Ötən əsrin otuzuncu illərinin sonunda onun atası o vaxt ölkəni bürüyən
kütləvi cəzanın (repressiyanın) qurbanı olub.
O.Rza 1941 – 1951 – ci illərdə əvvəlcə kənd, sonra da şəhərdəki məktəblərdə
oxuyub. 1951 – 1956 – ci illərdə Neft Akademiyasının geoloji – kəşfiyyat fakültəsində
təhsil alıb və fərqlənmə diplomu ilə oranı bitirib.
İ

İstehsalatda, AMEA – da bir neçə il işləyib; 1966 – ci ildən indiyədək Azərbaycan
Dövlət Pedaqoji Universitetində çalışır, dosentdir, Yer elmləri üzrə fəlsəfə
doktorudur.
5 –ci sinifdə oxuyarkən ilk şeiri yazıb, rayonda çıxan qəzetdə çap etdirib. 1946
– ci ildən indiyədək ədəbi yaradıcılıqla möhkəm bağlıdır. Otuza yaxın kitabın
müəllifidir: “Torpağı dinləyirəm”, “Hara gedirəmsə”, “Adlı – ünvanlı misralar”, “Rübai
karvanı”...( I və II kitab), “Daş çırağın işığında” və.s
Beynəlxalq Rəsul Rza, Cəfər Cabbarlı və Mikayıl Müşfiq mükafatları laureatıdır.
1981 – ci ildən Yazarlar Birliyinin üzvüdür. Oğul və qız atası, üç nəvə babasıdır.
Devamını Oku