HaftanınÇok Okunanları
Ayşe Solmaz 1
ERKUT DİNÇ 2
ZEHRA TAŞDEMİR 3
KEMAL BOZOK 4
Emrah Yılmaz 5
ANAR 6
FEYZA TUĞÇE FIRAT 7
Mənim doğma yurdumda bu Hayların[1] nə işi,
İçimdəki bu dərdlə haçanacan[2] utanım.
Dönüm sənin başına dayandırma atəşi,
Şərəfi olmayanla sülh olmaz, KOMANDANIM.
Ürəklərdə nalədi, qulaqlarda top səsi,
Qaramat zindan idi azad olan ruhumuz.
İndi-indi düzəlir belimizin əyrisi,
İçimizdə boy verib dikəlir qürurumuz.
Könlüm toxdu, özgənin torpağında gözüm yox,
Tanrıdan gələn payım beş-üç səslə dəyişməz.
Belə bir atəşkəsə vallah indi lüzum yox,
Donuzun donuzluğu atəşkəslə dəyişməz.
Otuz ildi ah-vayla keçib dəqiqəm, anım,
Düşünmüşəm hər kəsin Tanrıdan qisməti var.
Bu tayfaya inanma, ALİ BAŞ KOMANDANIM,
İçində gəzdirdiyi Erməni xisləti var.
Səs salıbdı dünyaya yazıq, yazıq səsi ilə
Türkiyədi yağdırır başıma dron deyir.
Əl açır liderlərə, həminki hiyləsilə,
Gah Trampa yalvarır, gah da ki, Makron deyir.
Bir dağın zırvəsində dönüm VƏTƏN daşına,
Torpağımı bəzəsin mənim də şəhid qanım.
Dayandırma atəşi, dönüm sənin başına,
Allah köməyin olsun, ALİ BAŞ KOMANDANIM.
[1] Hay: Bizim Ermeni dediğimiz halk kendisini “Hay” olarak tanıtıyor, Ermeni halkının asıl adı.
[2] Haçanacan: Ne zamana kadar.