HaftanınÇok Okunanları
NIKA ZHOLDOSHEVA 1
HİDAYET ORUÇOV 2
ZEHRA TAŞDEMİR 3
Emrah Yılmaz 4
Kardeş Kalemler 5
Coşkun Haliloğlu 6
Coşkun Haliloğlu 7
1990 yılında İran`ın başkenti Tahran şehrinde Muğanlı bir ailede doğmuştur. Nükleer Mühendisliği üzere lisansını bitirmiş, Fizik`te ise yüksek lisansını yapmaktadır. 15 yaşındayken anadili Azerbaycan Türkçesi`nde şiir yazmaya başlamış 17 yaşındayken de ilk şiir kitabı yayınlanmıştır.
Alma Muğanlı`dan şimdiye kadar “Pıçaqlanmış Heyva” adlı bir şiir toplusu yayınlanmış, aynı zamanda ise İran`da yayınlanan “Baş Çıxaran Ölüm” adlı şiir antolojisinde de birkaç şiiri örnek olarak Güney Azerbaycan çağdaş şairlerinin eserleri arasında basılmıştır. Alma Muğanlı`dan İran`da yayınlanan bu dergi ve gazetelerde şiirler yayınlanmıştır: “Yaşmaq”, “Günəş”, “Yarpaq”, “Dilmac”, “Heydərbaba”, “Aftab-i Azərbaycan”, “Xudafərin”, “Ağrı”, “Ulduz”, “Yaşayış”.
Güzgüm əlimdə
Dalğalar üstə gedirəm
Dalğalar sahildən gedir dənizə sarı
Dəniz bir çəllək sevinc pay verir mənə
Və gözlərim güləndə hər şey dəyişir
Dalğalar dönür
Yenidən sevilirəm, Yenidən sevirəm
Dodaqlarım gülümsəyir
Tarım yenidən çalır, güzgüyə baxıram
Heç bir şey dəyişilməyib
Güzgülər yenə məni ağlağan kilkəli qız göstərir
Bir də baxıram güzgüdə bir şey dəyişilib
Sevinc bir yamaqtək utancaq ürəyimə tikilib.
***
Göy tutqun!
Yer - qaranlıq!
Bir sınıq gəmi!
Bir cırıq yelkən!
Bir kiçik dənizdə!...
Dalğa çəkdi onları öz içinə...
Hamı gəmiyə ağladı!
Kim bildi ki günəş
Gəminin içində gizlənmişdi.
***
Paltarlarımı
İp üstünə sərmişəm!
Yel əsir,
Paltarlarım dalğalanır...
Onları geyirəm,
Dənizə bənzəyirəm!...
***
O tay - mavi dənizlər!
Bu tay - yaşıl ormanlar!
Ayla, günəş şəkli ilə Arada Araz
Qıpqırmızı qızarıb!
***
Sən - günəş, mən - ay,
Hərdən yarıyam, hərdən yarıdan da az,
Ancaq sən bütövlükdə yaşayırsan,
Sən
Və yalnız, sən
Göyə və yerə nur səpələndirirsən və gündüz doğursan
Mən qaranlıq gecənin az işığını da səndən alıram,
Amma
Mən AZƏRBAYCAN bayrağının üstündə ulduzla yaşayıram
Və sən
Mavi göylərdə sapsarı quruyubsan.
Yağışlı havaya bənzəyır gözlərinin ağı
Və hər payız axşamında bir sahat gecikirsən əllərimin istiliyinə
Əllərindəki siqaranı qısqanıram
Və tüstüləyirsən ürəyimi
Gözlərin məndən süzülür
Bir fahişənin yatağına axır
Və qan partlayır sevişmə yorqunluğundan
Könlünün duvarlarına adımı yazıram
Və qovalayırlar məni
İçindəki yarımçılıq sevgi izləri
Amaelə tanrılaşıbsan ki içimdə
Nənəmin Məkkə diləyi qədər qutsallaşır sevgin
Və elə kafirləşmişəm ki
32 dönə təsbeh çevirirəm adını
Ürəyimə qorxu salan payız axşamlarında
Və 17 dönə əyilirəm gözlərinin qızıllığına qarşı
Elə giribsən içimə
Ki alaca qaranlıqlarımda qan qusmalarımın davamı olursan
Və mən hər axşam adımı o duvarlara yazmağa çalışıram
Və sən tüstülədirsən məni
Və mən Və sən
Bu ərkən başlayan
Payımız olmayan ‘pay’ız axşamlarında
Biz olmayı başarmırıq
***
Kipriklərinin kölgəsi
Yanaqların üstə bir inqilabdır
Bir qoşunqara köynəkli əsgər
Hökümət qurur ürəyimdə...
***
Ən böyük savaşçı mənəm
Dünya savaşından da böyük bir savaşdan gəlmişəm
Gücüm qurtarmayıb yox
Silahsız qalmışam
Umudsuz
Bir az da sənsiz...
Yaralı deyiləm
Sadəcə könlümü söküb aldılar
Düşman güclü deyildi
Mən savaş nədənimi çox böyütmüşdüm
Sənin üçün ölümünə döyüşdüm
Və sən düşmana qarışıb mənə güldün
Silahım yox oldu birdən
Və mən dalıma baxmadan barışıb döndüm
Aramızda zaman fərqi vardı əsirlərcə
Mən üçüncü dünya savaşındaydım
Və sən Hitlerlə əlbir olub hərkəsi ələ almaq istəyirdin…
Əllərin sevişmə ansiklopediyası
Və barmaqların əzrailə ən yaxın yer
Ovcunda ölə bilərəm anında
Dünyanın sınırıdır əllərini tutmaq
Və barmaqlarınla oynaşmaq
Şeytan heç rəcim olmazdı ki
Əllərin Adəm`də olsaydı
Və yasaqlandı barmaqlarını çeynəmək cənnətdə
Bu yasağa nə Həvva dura bildi
Nə Adəm, nə də Tanrı Əllərini əllərimə qoy
Sarasım gəldi dünyanı birdən…
***
Gözlərin dibsiz bir quyu
Baxışlarımı atdım gözlərinə
Sən qanlı köynəyimi görsətdin hər kəsə
Boğulan mən deyildim
Dolan sənin gözlərindi
Və hər gün daha əzizləşən mən oldum
Ama utuzmadın inan
Burda hikayələrin sonu gözəl olur..!