Anadolu


 01 Mart 2023


Anadolu! Anadolu!

Səndən keçir Ulu Türkün

Ata yolu! Ana yolu!

Ahılların dünya görmüş…

Cavanların dəli-dolu!

Anadolu!

 

Göymü basdı, yermi çökdü!?

Dənizlerin su yərinə

Od püskürdü, alov tökdü?

Bağrın bişdi, sinən yandı.

Yuxusunda yuxu görüb

Şirin-şirin dinən yandı.

O yanğıda ata-oğul, ana-bala,

Yeddi arxa dönən yandı.

Durub sual edirəm mən:

-Axı, nədən? Axı nədən?

Səhər hələ açılmamış

döndü dünyan?

Ulduz-ulduz söndü dünyan.

Qat-qat çökən binaların

Qəfil zərbə alan quştək

qanad çırpıb uçub düşdü.

Beşik kimi yırğalandı Yer kürəsi

İnsan daşı, daş insanı quçub düşdü

 

Anadolu! Anadolu!

Hövlank qakxdı

yuxusundan Bolu ilə Kelibolu

Tanrım özü hifz ələsin

Ankaranı, İstanbulu?

Anadolu! Anadolu!

 

Atan qolu boynundakı çələng kimi qırıldımı?

Anan qolu, bəyəm, səni saxlamaqdan yoruldumu?

Anadolu!

Yoxsa, sizin ahmı tutdu,

gözmü kəsdi?

Qaziantep, Malatyaya əsən külək

hardan əsdi?

Elbistanda, Adanada

daş üstündə  toz-dumanlar…

Daş altında ahlar, ünlər…

 

Adıyaman bilsin bir gün 

yaman günə qalacaqdır

yaman günlər!

Görənlərin gözü ağlar…

Duyanların qəlbi inlər…

Diyarbəkir, özünə gəl!

Samsun, Şırnaq di qalx, dikəl!

Xatay, Mardin dağıntılar arasında

Şərə yumruq silkələyən

Bu Qəhrəmanmaraşdır, bax!

Öz adını yurd adına yaraşdır, bax!

 

Anadolu! Anadolu!

Seyr elə bir sağı solu!

Göyalp oğlu, Kayı nəsli!

Şərəfləndir bizim  əsri!

Sən Tanrıkut Türksən, axı

- haqq nəfəsli!

Mən Denizalp-Yıva nəsli!

Dikəlməkdir sözün əsli.

Oğuz-Səlçuq, Qıpçaq-Qarlıq torunları!

Çözün, çözün sorunları!

Budur qüvvət, budur varlıq!

Birlikdedir bəxdiyarlıq!

Haqsəvənə açıq olur

Haqqın yolu!

Anadolu! Anadolu!

 

Bu yazı Kardeş Kalemler dergisinin 195. sayısında yer almaktadır. Derginin bu sayısında yer alan tüm yazılara aşağıdaki bağlantı üzerinden ulaşabilirsiniz.
Kardeş Kalemler 195. Sayı