Ata


 01 Ocak 2015

     ... Gecə atası evə gələn- də daha həmin ata deyildi! Gündə gördüyü, daha doğrusu axşamdan öncə gördüyü ata deyildi!.. Kitablarını qarşına töküb məşqlərini yazırdı. Məşq yazmırdı. Məşq yazmanı yamsılayırdı... Göz altı atasını sezirdi. Atası əl-üzünü yumuş, qurulayırdı. Arxası oğluna doğru idi. Oğlan başını dəftərindən qaldırıb hövülcək atasına baxdı. Atası dönəndə tez dəftərinə baxdı. Əlləri işə düşüb nəsə dəftərində yazırdı. Atası otağa keçəndə ayağına qalxıb, salam - demişdi. Gündəki kimi, yorulmayasan - deməmişdi!.. Yorulmayasanı ağzında kəsmişdi... İstəmişdi desin dili ağzında tutulmuşdu! Atası baxanda gözlərin gözlərindən qaçırmışdı. Atası bilmişdi?.. “Niyə belə baxdı?” Beyni qarma-qarışıq idi. Boğazına birqəhər dolmuşdu. Boğazı az qala partlasın deyə, gözləri də dolmuşdu... “Niyə çırpmadım? Niyə çırpmadım təpəsinə?!.”...

     ...”Hüsnü! Gəl süfrə başına... Görmüsən şam yeyirıx!..Görəh neçə dəfə bu vurğun vurmuşları səsliyəsən!..” Anası dillənmişdi. “... Mən yemirəm!..” Başını göyə qaldırmadan dedi… “Gecə yarısı durub süfrə açsan, özün bilisəndaa!..”

...Oğlan susdu. Dinib danışmadan əlləri dəftərdə yazırdı. Göz altı atasını sezdi. Yemək yeməkdəydi... “Niyə çırpmadım!.. Niyə çırpmadı təpəsinə?..” Özü ilə yanaşanmırdı. Barışanmırdı. İncə beynində oxuduğu kəlmələri axtarırdı.Canını özünə bürüyən qaranlıq duyquya, bir sözcük tapanmırdı. Dartınırdı. İstədiyini dilinə gətirə bilmədən, alını tərə basılmış, qızdırma canına dürtülmüşdü. Dişləri sıxılıb qıfıllanırdı. Əlləri titrəmədə, qələm əlində oynayırdı!.. “Niyə çırpmadım?.. Niyə?.. Niyə yumurtaları təpəsinə çırpmadım!?”...

     ... Süfrəni yığışdırıb, çay içirdilər. Anası çaya səsləmişdi... Eşitməmişdi... Çayı gətirib qabağına qoymuşdu. “Bəsdi daa!.. Nə qədər yazıb pızacaxsan!.. Götür çayını iç!..” Qələm-dəftəri əlindən alıb bükübqatladı. Dayanmadan sözünün ardın tutub: “...Axşamdan gözün zilləyib o kar-kağıza... Diyən də yoxdu kor olarsan bala bəsdi!..” - Üzün tutub ərinə doğru demişdi... “...Nə işindi qoy yazsındaa!..” - Atası dedi.

     Ürəklənib atasına baxdı. Nəsə istədi desin. Soruşsun. Nə təhər desin! Nə desin?.. Söz boğazında qaldı. Başını aşağı saldı. Sifəti qı- zarıb qaraldı.“Niyə?... ?...” Dəftərin yenə açdı. “Taq”. Qələmin ucu, əlinin sıxısı altındasındı...

     ***

     ...”Get tükana, atandan iki dənə yumurta al gətir...” -Anası dedi,... “Küftə salıram tez gəl!..” Axşam çağı idi. Tükana getdi...

     ***

     ... Neçə yol “ata” dedi... Atası eşitdi, eşitmədi?.. Bilmədi. Atası qəfəsəyə sığınmışdı! Göz-qulağı qarşında çarpayaüstündə oturan kişinin üzündə idi. Yabancı kişinin gözləri atasının üstə bərəlmişdi. Atası qəfəsəyə sığınmış, huyuxmuşdu... Yenə “Ata! Ata...” - çağırdı. Eşidilmədi!.. Kişi əlin üzünə ayna eləyib: “əlimin içi kimi tanıram!” Atasına deyib susdu! Atasının rəngi ağarmış, gahdan əlləri əsirdi!.. Kişi gözləri ilə atasına hədələnirdi! Nə olmuşdu? Bilmirdi. Heç vaxt da bilmədi!.. Kişiyə doğru bir nifrəti çərisində yarandı!.. Saxlaşanmadı. “Ata!” - ucadan dedi.Döndü. Kala-key rəngi atmış dili tutartutmaz: “nədi oğul?.. Qaş get evə!” dayanmadan: “anam dedi iki yumurta ver...” Kişi qırcandı. Atası qıçların sürüyə-sürüyə yumurtaları gətirib verdi. Əlləri oğlanın əlinə dəyəndə, oğlan üşündü! Sanki can bədənindən çıxmış idi! Ruhsuz bir cisimdi. “Ata niyəəllərin belə soyuqdu?” - sorğu beynində yarandı. Kişi qırcandı: “oğlundu?” -dodağın çəkə-çəkə soruşdu. “Nökərindi!” -atası deyib kişinin yanına getdi. Kişi sırtıq baxışla oğlanı ətək baş sezdi. Gözlərini atasının üzünə bərlətdi... Kişiyə doğru nifərt damarlarında yenidən axışdı!Əlindəki yumurtalara baxdı. İstədi kişinin təpəsinə çırpsın. Əlin qaldıranda “... Oğul nəyə durmusan? qaş get evə!..”-atasının səsi titrəyirdi. Atasının sözü qurtarmamış, kişi çımxırdı: “tula!..Cəhənnəm ol!..”

     ***

      ... Oğlan tükandan qaçmışdı!..

     ***

     ... O gecə dəftərində yazdığı məşqi başdan-başa ata idi.

 

     * Valeh Şiri 1976 yılında İran`ın Güney Azerbaycan bölgesinin Qoşaçay şehrinde doğmuştur. Uzun süredir edebiyat, özellikle öykü
edebiyatıyla uğraşan Valeh Şiri aynı zamanda gazetecilik de yapmaktadır. Valeh Şiri`den şimdiye kadar üç öykü toplusu İran`da yayınlanmıştır:
1- Ayaqyalın oxu 2- Sus 3- Vahime

Bu yazı Kardeş Kalemler dergisinin 97. sayısında yer almaktadır. Derginin bu sayısında yer alan tüm yazılara aşağıdaki bağlantı üzerinden ulaşabilirsiniz.
Kardeş Kalemler 97. Sayı