HaftanınÇok Okunanları
NERGİS BİRAY 1
Mehmet Topay 2
KEMAL BOZOK 3
İSMAİL DELİHASAN 4
RAHMİ ALİ 5
HİDAYET ORUÇOV 6
YASİN YAVUZ 7
Buludlar ağlayıb göz yaşı tökür,
Küləklər səmada yaşın yelləyir,
Yer, göy zəlzələdən, tufandan əsir,
Təbiət anamız qışın yelləyir.
Vətənim yamanca danlayır məni,
Axı necə qoyduq darda vətəni,
Əsəbdən titrəyir dizi, bədəni,
Kükrəyib torpağın, daşın yelləyir.
Necə dözər dərdə, şərifdi yurdum,
Fələyin işinə vaqifdi yurdum,
Üzülüb bitəcək heyifdi yurdum,
Alnın düyünləyib, qaşın yelləyir.
Müqəddəs diyarım, öz uca yurdum,
Yaşlanıb olubdur balaca yurdum,
Müdrik məmləkətim, bu qoca yurdum,
Gərdişi-dövranə başın yelləyir.
****