HaftanınÇok Okunanları
Emrah Yılmaz 1
FEYZA TUĞÇE FIRAT 2
ZEHRA TAŞDEMİR 3
KEMAL BOZOK 4
HİDAYET ORUÇOV 5
NIKA ZHOLDOSHEVA 6
Ayşe Solmaz 7
Nəfəsim çatmır, Allah,
Boğazımda düyümdü.
On şəhəri yer uddu,
Bu gün onuncu gündü.
Viran qalan yurdların
Üstündə matəm sisi.
Ağlar buludlar gəzir
Osmaniyə, Kilisi.
Çökdü Qaziantepdə
İki min yaşlı qala.
Kim deyərdi Nur dağı
İki yerə yarılar?!
Uğultudan Afşində
Əshabi-Kəf oyandı.
24 oğuz boyun
Köksü qana boyandı.
Babalarım yüz illər
Ucaltdı yavaş-yavaş,
Yıxıldı Adıyaman,
Yerdə qaldı beton, daş.
Ulu Kahramanmaraş
İndi yerlə yeksandı.
Körpələr öldü deyə
Mələklər də utandı.
İlk tunc dövründən qalan
Tarix batdı Hatayda.
Qalxan toz dumanında
Gizlənib itdi ay da.
Belə dərd görməmişdi
Min illərdən bu yana
Bilqamıs dastanında
Adı keçən Adana.
Bulanıb Balıqlı göl
Ulu Şanlıurfada.
Peyğəmbərlər şəhəri
Qallb yaman cəfada.
Malatya, Diyarbakır -
Hər daşında qan izi.
İsgəndərun su altda,
Aşıb-daşdı dənizi.
Bağrın yandı, Türkiyəm,
Harda bir savaş oldu.
Taleyin nə amansız
Savaşına tuş oldun...
Daş üstündə qalmayan
Daşına qurban olum!
Gözünün qurumayan
Yaşına qurban olum!
15.02.2023.