HaftanınÇok Okunanları
NERGİS BİRAY 1
Mehmet Topay 2
KEMAL BOZOK 3
İSMAİL DELİHASAN 4
RAHMİ ALİ 5
HİDAYET ORUÇOV 6
YASİN YAVUZ 7
Çarəsiz ata şəkliyəm,
dünyaya hayqıran.
Qızımın bu soyuq əli qədərdir
dünyam.
Eşit!
Ey dünya malından doymayan!
Dünəni sevinc,
bu günü kədərdir
dünyam.
Partlar ürəyim, qızım darda.
Yaxınıq? Sən harda, mən harda?!
Qoysanız mən də ölüm burda,
Aramızda sipərdir dünyam.
Bəhrü dənizlər sizin olsun,
Nökər-kənizlər sizin olsun,
Qəsri-hədsizlər sizin olsun,
Bundan sonra hədərdir dünyam.
Evləri parçadan tikək, eybi yox...
Evləri parçadan tikək.
Eybi yox...
Olmasın suvaq, beton.
Eybi yox...
Hey sökək-tikək, tikək-sökək...
Eybi yox...
Aşağı həsir, başı karton,
Eybi yox ...
Qapını pərdədən edək,
Evi uca deyil,
bir mərtəbədən edək,
Zəvzəsə də yanşaqlar,
Ölməsin təki uşaqlar.
Eybi yox...
Razıyam:
Uşaqların əlləri əzilməsin,
Ataların ümidləri üzülməsin,
Anaların arzuları büzülməsin,
Bir də ağlamasın deyə analar,
Tikilməsin yüksək binalar...
Eybi yox...
Ha yer yellənsə də,
Sevinsin uşaqlar,
Sevindikləri kimi,
qara, yağışa.
"Bu nə titrəyişdir",
Ana dillənsə də.
Şitənsin uşaqlar,
Necə ki fikir verməzlər,
Alqışa- qarğışa.
Qoymayaq sevdikləri yıxılsın,
Yıxılsa, evcikləri yıxılsın.
Uzaqbaşı gəlincikləri yıxılsın.
Qaldırarlar gəlincikləri.
Tez də itər incikləri.
Eybi yox...
Daha qorxmayaq zəlzələdən,
Birdəfəlik uzaq olaq vəlvələdən,
Büsata yığışaq elədən-belədən,
Taleləri sevindirməyi hədəf edək,
Fəlakətləri kasibcasına dəf edək.
Eybi yox...
Eybi yox...
*******************