HaftanınÇok Okunanları
Osman Çeviksoy 1
Yıldıray Çavdar 2
Coşkun Haliloğlu 3
SEYFETTİN ALTAYLI 4
Emrah Yılmaz 5
EMRE TUNÇKIN 6
İSMAİL DELİHASAN 7
Yeri, göyü ağladıbdır,
Daş altından gələn səslər.
Sinələri dağladıbdır,
Daş altından gələn səslər.
Yurdu qəmlə doldurubdu,
Dərdə, qəmə saldırıbdı.
Bağça, bağı soldurubdu,
Daş altından gələn səslər.
Neçə eli qaralayıb,
Canlar alıb, yaralayıb.
Ürəkləri paralayıb,
Daş altından gələn səslər.
Türk elləri qara geydi,
Arzu, dilək yerə dəydi.
Neçə-neçə bellər əydi,
Daş altından gələn səslər.
Rahiləyə ögey zaman,
Kömək olub doğma insan.
Sizinlədi Azərbaycan,
Daş altından gələn səslər.