HaftanınÇok Okunanları
Serdar Dağıstan 1
KEMAL BOZOK 2
BEDRETTİN KELEŞTİMUR 3
HUDAYBERDİ HALLI 4
İSMAİL DELİHASAN 5
Cabbar Eşankul 6
Ülkü Taşlıova 7
Qapını açdığımda, Sevgi’ni qucağında olan yekə gül dəstəsinin dalından gördüm.
“Doğum günün mübərk!”
Şok oldum. Nə deməliydim? Bir anda hər şeyi unutmuş kimi sandım. Sadəcə bunu xatırladım ki sevinməliyəm: “Çox çox sağ ol Sevgi. Bu günə qədər kimsədən belə bir iş görməmişdim.”
“Düzdən? Dedim bə məni sevindirmək üçün deyirsən bunu.”
“Yox, yox! Canım bu nə sözdür? Orda durma; içərı gəl. Çox xoş gəlibsən!”
Anam evdə deyildi. Əli otağından “Kimdi?” deyə çığırdı. “Dostumdur, Sevgi.” Elə mən də çığıra-çığıra cavabını verdim.
“Sən əyləş mən çay gətirim gəlim.”
“Yox, gəl sən də əyləş (otur). Özünü görməyə gəldim.” Əlində olan qırmızı gül dəstəsini mizin (masanın) üstünə qoyub, oturdu. Mən də qabağında əyləşdim. Mavi paltar ona çox yaraşırdı. Qara gözlərinə baxmağa başladığımda, bərq (elektrik) tutmuşlar kimi atlanıb qapıya doğru qaçdı; bərkdən gülürdü.
“Nə oldu?”
O qədər ürəkdən gülürdü ki elə bildim nəfəs yeri tutulub. Qapını açıb, pillənin üstündən bir şey götürdü. Elə lap uzaqdan kek (pasta) olduğunu anladım. İndi gülməyi qutarmaq üzərə idi: “Mən nə qədər dəliyəm! Səni görüb o qədər sevindim ki keki unudub pillədə qoydum.” Üzünə gülümsədim: “Çox zəhmətə düşübsən. Lazım deyildi bu işlər.” Üzümə baxıb, ağzını əydi: “Mənnən helə özgələr kimi danışma.” Keki mizin üstündəki gülün yanına qoyub, qucağıma atlandı.
İlk dönə qucaqladığımı heç vaxt unutmaram. Qızarıb üzümə baxdı: “Günah deyil?” Deyə soruşdu. “Yox” Dedim, “Dəli olubsan?”
“Yəqin.”
“Necə günah ola bilər? Hələ əməl (ameliyat) elətdirməmişəm ki.”
Susdu. Ürkək quş kimi qucağımda hərəkətsiz qaldı. Qəlbinin atışını hər atdığında barmaqlarımın ucu ilə duyurdum. Şəmləri kekin üstünə döşəyib, mənə sarı gəldi, Çığırdı: “Doğum günün mübarək!”
“Qız nə xəbərindi? Yavaş da danışa bilərsən ha!”
Genə güldü. Yanağındakı batığa zillənədim. Keki qabağıma qoyub, özünü köhnə moblun üstünə tulladı: “Tez ol tez ol püflə! Ancaq avvəldə arzı eləyəcəksən!” Gözümü yumdum.
“Arzı elədin?”
“Hən... hə...”
“Nəmənə? Denən.”
“Yox day arzını deməzlər ki!”
“Bizim kənddə (köyde) deyərlər, tez ol.”
“Yaxşı. Arzı elədim hər şey curlansın.”
“Allah... canım mənim! Əlbəttə ki curlanacaq.”
“Hardan bilirsən?”
Həmişə bir şeydən qurur hissi duyduğu kimi, sol qaşını göyə atdı:
“Mən bilərəm!” Qaşlarının tərpənişi gördüyüm bütün qızlarınkı ilə fərqli idi.
“İşdən nə xəbər? Elə qorxurdum bu vaxt təmirgahda olasan.”
“Yavaş!”
Səsini aşağı yendirdi:
“Bağışla unutmuşdum. Hə nə oldu?”
“Day getmirəm.”
Təəccüblə gözlərimə zilləndi:
“Niyə bə?!”
“Poxu çıxdı.”
“Necə? Tez ol de görüm nə oldu?”
“Heç zad day, usta hər şeyi bildi.”
Bir diş vurduğu keki yerə qoydu:
“Yalan deyirsən!”
“Keçən həftə ay adət günlərimdəydim. Qarnımın ağrısından işləyə bilmirdim. Birinci gün usta “Nədən belə olubsan?” deyə soruşduğunda dedim “Bayat şey yemişəm.” Sonra neçə gün dalbadal məni helə gördü; zəhərə qalmış puşəklərin (ped) də biri kifimdən (çantamdan) yerə düşdü.”
“Vay! Nə dedi?”
Səsindəki həyəcanın dəlisiydim.
“Çox əlləşdim yuyub arıtlayam, olmadı. Dedi elə əvvəl gündən özü hər şeyi həds vurmuşdu, fəqət yəqini yox idi; Dedi bədənivin zəyifliyi hər şeyi lova verir. Üzlü-üzlü də artırdı ki moridi yoxdur gəl bundan sonra genə də burda işlə. Huququnu (maaşını) da çoxaldaram. Məndən nə istədiyini bilirdim, istədim vuram əngi qırıla, ama gücüm çatmazdı. O heykəli ilə haramdan yapışsaydı qopardardı.
Başını dəbərtdi. Başının da hərəkətləri fərqli idi. Bunları söylərkən nə qədər utandığımın fərqində olmuş olmalı idi. Dedi: “Bir şey deyil. Curlanar.” Gülümsədi. Artırdı: “Əlbəttə; birlikdə curlıyacağıq.” Yerindən qalxıb, ətrafa göz gəzdirdi: “Ayna varız?” Barmağımla otağa işarə elədim. Kifindən bir iki şey götürüb, aynaya doğru getdi. Bəzənmək istəyirdi; bu, evdən çıxmaq istədiyinin nişanəsi idi. İstədim deyəm genə otur ama demədim.
“Sən onsuz da çox gözəlsən.”
“Bununla lap gözəl oluram. Bunu fəqət qızlar başa düşər.
Aynanın içində ona baxdığımı anlamışdı. Gözünü yumub, dil çıxartdı. Sonra da gözlədiyim kimi moblun yanına qayıdıb, paltarlarını geyməyə başladı. Əli otağından çölə (dışarı) çıxdı. Sevgi’nin başı qapının bərkdən açılan səsinin dalısıca çevrildi: “Səlam Əli, nə cürsən?” Oysa cavabında sadəcə bir “səlam” təhvil verdi. Bu qədər soyuq davrandığını ilk dəfə görürdüm. Gözümü ağartdım. Karına almadan, bir bardaq su içib, otağına qayıtdı. Sevgi üzümə gülümsədi: “Uşaqdı, ötür.”
“Birdən-birə belə oldu axı!”
“Boşla. Mən gedirəm. işin yox?”
“Yox canım. Çox sağ ol bu günə görə.”
“Bir şey deyildi.”
Sevgi getdikdən sonra, evin havası genə də öz solğunluğuna qayıtdı. Heç aralığı da toplamağa hövsələm yox idi. Başımı moblun dəstəsinə qoyub uzandım. Qapı çalındı; genə Sevgi’nin özü idi! Gülər üzlə mənə zillənmişdi. Üzünə baxıb güldüm: “Nə oldu? Yolun ortasına yetişməmiş darıxdın?” Genə sol qaşı göyə getmişdi: “Çox da özünü təhvil alma! Bu seri də qara midadımı (kalem) burda unudub getmişəm!” İçəri girib ətrafa göz gəzdirdi. Uşaqlar kimi qarnı üstə uzanıb, moblun altına baxdı: “Hə, bax, tapdım. Burda oturmuşdum. Çantamdan düşüb. Xiyabanda əlimi saldım çantama gördüm yoxdu. Bilmirsən nə hala qaldım! Mən bunsuz qala bilmərəm!” Əlindən alıb, qara qələmə baxdım. Son dəfə onu işlətdiyim özümə qoyduğum o məsxərə bığımla (bıyık) yadımda qalıb. Otağın qapısını bağladıqdan sonra anamın yekə aynasının qabağında durmuşdum. Midadın ucunu bir iki seri dodağımın üstünə çəkdim. Sonra da hər yerini qap qara elədim. Yaxşı olmuşdu; anamın səsini eşitməsəyədim saqqal da qoyacaqdım: “Qızım hardasan?” Midadı hara atdığımı özüm də bilmədim. Əlimi tələsikli dodağımın üstünə çəkib dedim: “Gəlirəm ana.” Təəccüblə baxıb dedi: “Ağzının qırağı niyə qaradı?”
“Heç... Mədrəsədə boya ilə işləyirdik; qara boyanı ağzıma vurmuşdum.”
Uşaq idim, gözümün içinə nə qədər zillənsəydi də içimdə gizlənmiş o oğlan vücudumu görə bilməzdi. Ama day indi hər şeyi ciddi tutub; Sevgi’nin bizə gəlməyindən də ürkür. Sanki mənim Sevgi’yə görə olan hislərimi duymuş ancaq bunu dilinə gətirə bilməmiş biri kimi davranır mənimlə. Qələmi Sevgi’yə qaytardım: “Al, ancaq bunlardan bir şey olmaz!
Sən, Allah vergisi gözəlsən!” “Sən xoşlamırsan. Dayca bunu çəkəndə adam gözəl olur!” Onun kimi dəkir qızın qabağında heç bir oğlan dayana bilməzdi. Elə dəkir olmağına görə idi sevirdim.
Midadını götürüb getdi və genə sihirli bir mələk kimi yox oldu. Ayaq yalın yeriyib, həməşə əyləşdiyim eyvanımıza getdim. Qıçlarımı (bacak) nərdənin dəmir güllərinin arasından salladım, uzandım. Günün bu vaxtı günəşə baxmaq gözü incitmirdi. Cibimdən bir sigar çıxardıb, dodağıma qoydum.
“Sigar çəkirsən?” Əli’nin səsi özümü diskindirdi. Sigarı gizlətmək üçün artıq çox gec idi; görmüşdü. Heç bir şey demədim, başımı çevirmədən sigara dərindən bir pok vurdum.
“Anam bilsə, çox narahat olacaq.”
Sigarı ağzımdan götürüb, “gəl əyləş” diyə böyrümdəki yerə işarə elədim.
“Əli! Nə qayrım? Atam deyir sən qız dünyaya gəlibsən, qız da qalmalısan...”
“Düz deyir day.”
“Genə də özünü vurdun konazlığa?”
“Şuxluq da başına keçmire!”
“Şuxluğun da vaxtı var.”
“Onda buna görə sigar çəkirsən; ya təmirgahda işləyirsən. Sigar çəkməyivi qabaq da görmüşdüm, heç kəsə də deməmişdim ama təmirgahı bilmirdim.”
“Qapının dalında bizi güdməyindən xoşum gəlmədi.”
“Gəlməsə də day indi hər şeyi bilirəm.”
“Hər kəsə istəsən denən day getmirəm.”
“Demirəm, beçarasan. Elə buracan başın az bəla çəkməyib.”
“Hələ bundan sonra da çəkəcək.”
Bir anda Sevgi ilə qərarlaşdığımız sözləri açıb bir-bir demək həvəsi vurdu başıma. Deməsəyədim də yaxın zamanda hər şey üzə çıxacaqdı.
“Mənzurun budur ki hətmən cərrahlıq eləməyinin üstündə duracaqsan?”
“Mənzurum budur ki hamı yaxın zamanda hər şeydən rahat olacaq.” Dönüb açıla qalmış gözlərlə mənə baxanda sigara son poku vurub həyətə atdım. Dedim: “Bəlkə də yaxın zamanda birbirimizdən xudafizləşmək (vedalaşmak) zorunda qaldıq.” Ürkülü gözləri məsum qiyafəsində iki köz kimi ışıldayırdı. Bilirdim day heç zad soruşmayacaq. Əvəzində hər şeyi bit bə-bit anam gilə tərifləyəcək. Məgər mən bundan sonra ayrı bir şey istəyirdim?
Sübh telfonumun səsiylə oyandım.
“Səlam canım.”
“Doğum günün səhərisi necədi?”
Güldüm: “Yaxşıdı; səlamı var!”
“Olsun! Hardasan?”
Evdə! Yataq içində!”
“Yaxşı; bir yerə getməliyik.”
“İndi? Çox acam Sevgi. Heç yerimdən də qalxmamışam.”
“Dur ayağa onda tez ol.”
“Hələ hara?”
“Bir qadının yanına.”
Qadının otağında hər şey var idi; ağıla sığışmayan şeylər belə! Qəfəsdə olan qarqasının səsi adamın başına düşürdü. Sevgi də qulaqlarını tutmuşdu. O məndən daha yaxın idi qarqaya. “Söhrab hardasan görəsən, leş yeyən yox, ancaq birisi qarqa saxlayır qəfəsdə!” Bunu ilk ürəyimdə, sonra da Sevgi’nin qulağına dedim, gülüşdük. Qadının qabağında olan mizin üstündə, rəng-bə-rəng qapaqlı şüşələr var idi. Sevgi təəccüblə ətrafına baxırdı. Qadın əlinə bir parça sərib, ovcumu əlində tutdu. “Bu parça nəyə görədi?” deyə soruşduğumda “Gündə min kişinin ovcuna parçasız baxsam, ərim məni boşar!” deyib, şeytan kimi güldü! Şalımı başımdan açıb, içəri keçmişdim. Paltarlarım da ki həməşə geydiyim oğlan paltarı idi. Arvad qorxmalı da olsaydı, məni kişi sandığından xoşlanmışdım!
Nigaranlıqla Sevgi’yə baxdım. Gözlərimdə “bura haradı məni gətiribsən?!” sorusunu oxuyub, o da “hər şey curlanacaq” deyən gözlərini bir seri yumub açdı. Qadın dil altı şeylər deyib, üzümə sarı püflədi.
“Bir müşkülün var...”
Yavaşca dedim: “Sağ ol! Hardan bildin bunu?” Sevgi o biri əlimi əlində sıxdı: “Hisss!” Qadın hirslə üzümə baxıb “İnanmırsansa, dur indi get burdan” deyə bağırdı. Sevgi araya girdi: “Yox, yox. Siz ışizi görün.” Qadın Sevgi’yə zilləndi.
“Xahiş eləyirəm.”
Müşkülün böyükdür ancaq tezlikdə hər şey curlanacaq. Ailən səni qəbul eləmir. Bu qızı da çox sevirsən. Sevgi üzümə baxıb, gülümsədi. “Müşkülüm nədir?” deyə sordum. Qabağındakı qazana göz gəzdirdi: “Buna bax! Hələ də mənə inanmayıb! Sənin bədənində bir müşkül var. O qədər aydın görsənmir ki biləm nəmənədir... Ancaq dəyişilməlisən.”
Göz altı Sevgi’yə baxdım: “Sən deyibsən?” Şaşırdı: “Yox özüm ölüm!” Qadın əlimi boşlayıb, bağırdı: “Durun gedin burdan. Siz mənə ınanmırsız.” Sevgi genə də razı etməyə əlləşdi ancaq qadın artıq qəbul eləmirdi. Ayağa qalxdıq. Sevgi şüşələrin yanına bir az pul qoydu. Qapını açıb keçməsini güddüm.
“Birbirizə də yetişməyəcəksiz!” Sevgi durduğu yerdə dayanıb, başını çevirdi: “Nəmənə?!”
“Dedim birbirizə yetişməyəcəksiz.”
Sevgi’ni yavaşca çölə doğru itələdim: “Gedəı; səfehləyir!” Evə qədər qızı ovundura bilmədim. Soruşdum: “Sən necə buna inanırsan? Axı kim bir qazana baxıb, millətin gələcəyini görə bilər?”
“Yalan deyil; yoxsa hardan bildi sənin bədənində bir müşkül var?”
“Gördün? Axı elə onu da ala para dedi!”
“Bə day seksolojist deyil ki! Diyəcəkdi FTM transısan?”
“Bura gəlməyimiz əvvəldən yanlış idi.” Bunu deyib, danışığa son vermək istədim. Ancaq özüm də fikirdə idim. Doğrudan dəyişik olduğumu hardan bilmişdi? Artıq heç bir şey demədən küçədə yeriməyə davam etdik. Yoldan keçənlər nəsə bizə əyri əyri baxırdılar. Yavaşca ağzını qulağıma yaxınlaşdırdı: “Bəlkə də burda ayrılmalıyıq.” Dedim: “ Dünənki oyunlar nəyə görə idi?” Susdu. Az öncə hirsdən yapışdığım qollarını boşladım.
“Məni gərçek oğlanlara mı satdın?”
Sürətlə uzaqlaşdı.