HaftanınÇok Okunanları
AYSUN DEMİREZ GÜNERİ 1
KEMAL BOZOK 2
Nergis Biray, Sema Eynel 3
HİDAYET ORUÇOV 4
İSMAİL BOZKURT 5
Ece Türköz Oğuz 6
SEYFETTİN ALTAYLI 7
DÜNYA QƏBİR YƏRİ KİMİ DAR…
Məmməd İSMAYIL
Bir səndin kimsəsiz, bir Allah kərim
Və elə bilirdin yol gedir yaza
Sonra yoldəyişən oldu səhvlərin
Dəyişdi yolunu bir çıxılmaza..
Vətən suçəkən,
Qürbət bir gözəgörünməz ipdi.
Bəylə bostan əkən,
Sənmi qəribsən,dünyamı qəribdi?
Getdiyin bütün yollar çıxaqdı,
Yaddan çıxmağa gedir.
Udmağa ağzı açıq
Dünya qəbir yeri kimi dar;
Çıxa bilirsən çıx,
Qurtara bilirsən,qurtar…
BU DÜNYANIN DƏRDİ BİRSƏ,
DƏRMANI DA BİR OLMALI...
Biz evdə qalmışıq, dünya bayırda,
Yazın tüğyan edir çəmən-çayırda.
Ayır da, yaxşını pisdən, ayır da
Üzünə üz tutub ərk edənləri
Yolunu, izini tərk edənləri
Günah havasına bərk gedənləri
Beləmi sınağa çəkirsən, ey haqq?!
Məkkədən, qiblədən sənə sığındıq,
Ruh-ruh, bədən-bədən sənə sığındıq.
Lap elə heç nədən sənə sığındıq.
Niyyət edənləri, etməyənləri,
Camiyə, kilsəyə getməyənləri,
Əli ətəyinə yetməyənləri
Beləmi sınağa çəkirsən, ey haqq?!
Çəmbərə saldığın yerüstü nədi,
Şeytanlar varına varisdi nədi,
Bu gözəgörünməz virusdu, nədi? -
Nə sabahı bəlli, nə dünənləri
Görünməz etdinmi görünənləri
Varlıqdan yoxluğa bürünənləri,
Beləmi sınağa çəkirsən, ey haqq?
Nə bəlaydı birdən-birə,
bizi saldın ağzıbirə...
Açması insana yasaq
bu bir başqa sirr olmalı,
Dərgahında bir yer ayır
özün yaratdığın yerə,
Bu dünyanın dərdi birsə
dərmanı da bir olmalı...
NӘDİR BELӘ GӘMİLӘRİN ÇIXARDIĞI SOS
Bu yerlәrә gәlişin xoş bir tәsadüfmüdür
Zәrurәtlәr doğarmış tale tәsadüfündәn…
Qismәtinә çıxan nәymiş, qismәtә bax ki
Gәlişinә qucaq açıb qürbәt qolları
Torpaq yolu, hava yolu, su yolu yox ki
Sәni alıb aparmada tale yolları…
Aşağıda mürgü döyәn Troya, Asos
Yuxarıda Qaz dağları-İda dağları
Nәdir belә gәmilәrin çıxardığı SOS
Yoxsa dәrdә hamilәdir yol uzaqları…
Göylәrә bax, buludları dağılan huşsa
Neçә sirrin cavabı var “niyә”dә, “nә”dә…
Bu dağların bulaqları çaya qovuşsa
Tәsadüflәr yönlәndirsә fәrdi millәtә…
Çanaqqala-bir ulusun qan yaddaşları
Tarixindәn bir kimsәnin üzü qızarmaz.
Gәldiyini bilmәdisә sahil daşları,
Dönüb getsәn, getdiyinin fәrqinә varmaz.
Nәlәr çәkdin qürbәt eldә bilirmi yurdun
Qәrib, qürbәt dәnizindә sınıq gәmiymiş
Şahidisәn uzun-uzun yaşayıb gördün
Bir qәrinә gәrib eldә bir an kimiymiş.
İki qitә arasında qalıb Dardanel,
Nәlәr çәkmiş bu yerlәrә haqqın fırçası.
Zaman nәdir, saçlarını töküb gedәn yel,
Tarix nәdir, әlindәkı bir daş parçası…
SӘKSӘNİ KEÇMİŞSӘ YAŞIN
Sәksәni keçmişsә yaşın
Ayaqlarından öncә sәkkiz yazırsa yaddaşın
Qabından daşıb tökülürsә su,
Sonuncu üksüyünә qәdәr dolursa pәtәk,-
Möhlәt bitmişdir demәk…
Bu 70-80 il
Hardan keçdi deyirsәn
Alnının qırışından,
Kim-kimi yarışından
Ölümün bir qarışından keçdi...
Bundan sonra nә tәmәnnalı
Ünvan gәrәkdi,nә şöhrәt;
Sulara axmağın,
Şimşәyә çaxmağın
Qönçәyә açmağın
Sirrini öyrәdәn tanrı
Bizә dә sәbri,sәbretmәyi öyrәt.
MƏNİM HALIM
Durmaz nә gəcәsi, nə gündüzü var
Dərədə təngiyən çay mənim halım.
Halımı soruşma, halımı sorsan,
Göydə dilimlənən ay mənim halım.
Yaz ötüb,yay itib, payızı yox say
Taleyin ardınca axsa ha axsa
Olumdan ölümə ömür bir oxsa
Tarıma çəkilən yay mənin halım.
Dünyamı dağılar bir babda dursan
Hesaba alınan hesabda dursan…
Hərdən may,hərdən də boz ay olursan
Mən sənə nə deyim ay mənim halım?
O da yarımadı oğuldan,qızdan
Doxsan yollarında dərdi bu üzdən
Nə yazdan payı var,nə də payızdan
Aralıqda qalan yay mənim halım.
Nə dedin vermədim,bu mən,bu da sən?
Ruhunun kökü də həsrət üstədi.
Qəriblik qurbətdə qəribsəyəndə
Sənimi ozunə yoldaş istədi,
Ömrün üçdəbiri-
qürbət əsiri
Vay mənim başıma,vay mənim halım.
ÜRƏYİN QUŞDU DEYİRDİN GƏNCLİYİNDƏ
Arxada
zamanın sellərində axıb getmiş
bir ömür,
öndəsə
hər şey ögey, hər şey yad.
yeni köhnədən boyad
Oyana bilirsən oyan,yata bilirsən yat.
Bu nə ömürdü belə
Hər şey fani, hər şey puç...
Ayaqların getdiyi, əllərin tutduğu,
Gözlərin gördüyü nə varsa suç
Ürəyin quşdu deyirdin gəncliyində
Hadi səni görəyim
Sınıq qanadlarınla qaça bilirsən qaç,
uça bilirsənsə,uç!
YOXMU XӘBӘRİN
Varlıq arayarkәn yoxun heçindә
Çıxdın yollarıma ömrün gecindә
Alovmu,atәşmi nә var içindә
Özünün özündәn yoxmu xәbәrin?
Daha qocalıqdan etmәm gileylәr
Ürәk nә istәsә dil onu söylәr.
Girib aramızda elçilik eylәr
Beş kelme sözünden yoxmu xәbәrin?
Ağıl gәzilmәz ki sevdalı başda
İnsani sәbirdәn çatlıyar daş da
Başıma nә gәlsә gәlәr bu yaşda
Tәk sәnin üzündәn yoxmu xәbәrin?
Bәlkә gün gecәnin, ay gündüzünmüş,
Bәlkә düz әyrinin, әyri düzünmüş.
Bәlkә sәnsizliyin adı hüzünmüş,
Dünyәvi hüzündәn yoxmu xәbәrin?