HaftanınÇok Okunanları
NERGİS BİRAY 1
Mehmet Topay 2
KEMAL BOZOK 3
İSMAİL DELİHASAN 4
RAHMİ ALİ 5
HİDAYET ORUÇOV 6
YASİN YAVUZ 7
Tanrı,
İkimiz qaldıq son görüşə
Məni
Əzizlərim tərk etdi,
Səni
Mələklərin...
Gördün, dünya necə fanidir?
Elə bil
uçurum kənarından qayıtdıq
Son görüşə...
Hamı bizi tərk etdi
İndi ikimiz də tənhayıq...
Qalxdığımız mübarizədə
Qucaqladığımız dünyanın
Dərd-sərini
Ucaltdığımız binaların
Kəndarından atdıq...
Son gülüşlə...
Sən -
Acıları göndərən idin
Mənsə -
acılarla doğulan...
Sənsizlik boğulmaq idi
Mən kim idim?
Yerin yeddi qatında
Havasızlıqdan,
Azadlıq olmadan
Balıq kimi susuzluqdan,
boğulan...
İtirdiklərimizi tapdıq
Bu görüşdə
Tərkedilmişlərin ahından
Doğulan Mən
Unudulanların duasından
yaranan Sən...
İndi son görüşdəyik...
Bilməzdim özün gələrsən
Uşaqkən mənə demişdilər ki,
Uçmağı öyrən, uçmağı
Tanrı qatına
qalxmaq üçün
Uçmağı...
Mən qalxmaq istədim,
Əllərimdən, ayaqlarımdan
Tutdular əzizlərim,
Başımdan basdı "yaxınlarım",
Uçmaq istədim,
Qırıldı qanadlarım...
Bildin gələ bilmirəm
Ona görə sən gəldin?
Tanrı,
İkimiz qaldıq son görüşə
Məni
Əzizlərim tərk etdi,
Səni
Mələklərin...
Beləcə vidalaşdıq bir-birimizlə...
…..
Haray...
Türkiyədəki zəlzələ qurbanlarına həsr olunur
Anidən bir zəlzələ
İçimizdə vəlvələ...
Yerin üstü cəhənnəm,
Yerin altı cəhənnəm...
Haray, həşir, qışqırıq
Hər yanım qırıq-qırıq...
Torpaqdan gəlir səslər
Hər kəs doğmasın səslər:
"Hardasan yavrum mənim,
Bir az da döz, ürəyim"
Daş-kəsəyin altında
Yerin yeddi qatında
Günlərdi ac susuzuq
Biz burda umudsuzuq...
Ölürük bu soyuqdan
Qurtarın bizi burdan,
Zaman düşmənimizdir,
Hər saniyə qənimdir...
Hər gün ömürdən gedir
Zəif bizi tərk edir...
Bura zülmət qaranlıq
Bizim üçün məzarlıq...
İçimizdə ümid var
Kimsə bizi axtarar...
* * *
Anidən işıq gələr,
Hər zülmət olar səhər
"Orda kimsə var?" deyə,
Axtaranlar səslənər...
Tanrı bizi qurtarıb?
Yoxsa ki, kimsə tapıb?
İçimizdə suallar
Ümidlər və arzular...
Çıxarıq yer altından
Qurtararıq bəladan.
Tutunarıq duaya
Səs salarıq dünyaya?
Eehhheeeyy bizik, burdayıq
Lap yerin altındayıq...
Qurtarın bizi burdan
Bu qaranlıq zindandan...
Yer altından üstünə,
Səslənərik düzünə...
Harayıma bir hay ver
Dar günümdə haray ver
Olma vicdansız bir daş
Ümidim sənsən, QARDAŞ!
****