HaftanınÇok Okunanları
ELMİRA ACIKANOAVA 1
HİDAYET ORUÇOV 2
Coşkun Haliloğlu 3
Coşkun Haliloğlu 4
MARİYA LEONTİÇ 5
Kardeş Kalemler 6
Ahmet Kartal 7
Məşəqqətdir, dözülməzdir, zülümdür
Bu dağıntı, bu zəlzələ, İlahi.
Evsiz qalan insanları görüncə
Göz yaşlarım dönür selə, İlahi.
Ürək dözməz belə dərdin yükündə,
Qəm-kədər var özülündə, kökündə.
Nə bilirik dağıntılar içində
Kimlər qala, kimlər ölə, İlahi.
Bacarırsan, öz qəlbini kilidlə,
Təsəlli yox nəsihətlə, öyüdlə.
Analar var, gözləyir ki, ümidlə
Övladından bir səs gələ, İlahi.
Dil acizdir söyləməyə bu anı,
Baxsan, sanki ölüm sarmış hər yanı.
Ya biryolluq məhv elə bu dünyanı,
Ya da ki bir əlac elə, İlahi.