HaftanınÇok Okunanları
Serdar Dağıstan 1
KEMAL BOZOK 2
ORHAN SÖYLEMEZ, ÖMER FARUK ATEŞ 3
BEDRETTİN KELEŞTİMUR 4
VILAYET GULIYEV 5
MARUFJON YOLDAŞEV 6
HİDAYET ORUÇOV 7
Bir gecə
Hatayda bir kabus dolaşdı,
Ev yıxdı,
İnsan öldürdü,
Torpaq parçaladı...
O gecə
Köksü yarıldı Hatayın,
Bağrı çatladı.
Sonra...
Səhərlər açıldı -
Günəşi doğduğuna peşman edən,
Dünyanın ruhunu didən.
İlahi!
Sən də gördünmü,
Necə ağrı çəkirdi torpaq,
Necə insan doğurdu?
Qadın, kişi doğurdu,
Qoca, cavan doğurdu!
İlahi!
Bu nə hikmətdi?
Hər yer körpə qoxurdu...
Bir gözündən yaş axırdı Hatayın,
Bir gözü sevinirdi.
Həyat davam edirdi!
Və sağ qalan insanlara
Sağ qalan divarlardan
Bir cüt
Dəniz rəngi hopmuş göz baxırdı...
"Hatay benim şahsi meselemdir..." deyirdi!
****