Mən Tanrıya Neylədim ki


 01 Mart 2023


20 günlük bebek 60 saatden sonra avucunda annesinin saçları ile enkazdan çıkarıldı:

                    Mən Tanrıya neylədim ki

 

Anamın isti qoynundan

Ovcuna təzə düşmüşdüm.

Atam gözlərimə baxıb,

“Balam”-deyib qımışmışdı.

 

Bir südəmər körpə idim,

Soyuqdan xəbərim yoxdur.

Əvvəl hər tərəf ağ idi,

Qaradan xəbərim yoxdu.

 

Ağladım, anam baxmadı,

Əlı atıb saçını yoldum.

Ovcuma büküb saxladım,

Saçından qoxusun aldım.

 

Saçlarından cənnət ətri

gələn anam orda qaldı.

Məni mələklərə verdi,

Saçları ovcumda qaldı.

 

Mən Tanrıya neylədim ki,

Mənlə belə sərt davrandı.

İkicə aylıq körpəyəm,

Üstüm qandı, üzüm qandı. 

  12.02.2023. saat: 00:35

Zəlzələdən sağ qurtaran balaya...

(128 saatdan sonra qaranlıqdan işığa çıxan bu balaya ağladım:)

 

Gözlərinin kədərini silməyə,

Yaradanın gücü yetərmi balam?

Daş altından, xərabətdən sağ çıxan,

Dünya ilə savaşa girən balam.

 

O gözlərlə baxma mənə , amandır,

Gözlərinin qarasına qurbanam.

Kim bəslədi səni o xərabətdə,

Qaranlığın laylasına qurbanam.

O daşların, o soyuğun içində,

Ağlayanda göz yaşını kim sildi?

Susuzluqdan dodaqların yananda,

Qaranalıqda su içirən kim idi?

 

Kaş dolanıb, dönə biləm başına,

Yolun kəsəm sənə gələn qadanın.

Nifrət dolu baxışından utandım,

Kim verəcək cavabın bu balanın???

Daş ürəkli yekə-yekə kişilər,

Məznil deyil məzar satdılar sizə

Tezcə böyü, cavabın sor onlardan,

Məhkəmə qur hakimlik eylə bizə!!!

 

12.02.2023. saat: 00:15

Bu yazı Kardeş Kalemler dergisinin 195. sayısında yer almaktadır. Derginin bu sayısında yer alan tüm yazılara aşağıdaki bağlantı üzerinden ulaşabilirsiniz.
Kardeş Kalemler 195. Sayı