Qar


 01 Ağustos 2022



QAR

 

Gəl sənə söyləyim, ey əziz dostum,

Mən Şimal adamı, qar adamıyam.

Bəyaz qar içində dünyaya gələn, 

Qarda cığır açan yol adamıyam.

 

Taleyim bənzəyir qar dənəsinə

Məni zərrə-zərrə yaradıb Tanrım.

Mənim əzəlim ağ, sonum soyuq qar,

Bəxtimi nə gözəl yazıbdır Tanrım.

 

İlmə-ilmə, çarpaz-çarpaz bəzəyib,

Ağ qardan ömrümə bir saray hörüb.

Bu böyük yurdumun, geniş ölkəmi

Tanrım səxavətlə qara bürüyüb.

 

Bizim tərəflərdə qar gec əriyər,

Elə bil izimi saxlamaq üçün.

Mən möhür vururam ayaqlarımla,

Sayır addımımı yoxlamaq üçün.

 

O məni eşidir, o məi duyur,

Soyuq şaxtasıyla musiqi çalır.

Ayaq izlərimdən çıxan ahəngin

Xışıltı səslərin aləmə yayır.

 

Bir mahnı yayılır geniş çöllərə,

Göydə rəqs eləyir qar dənələri

Gəlib sevinc ilə yağır üstümə
Taleyimi yazan qar dənələri.

 

O mənlə danışır, söhbət eləyir,

Əhvalımı sorur, könlümü alır.

Könlüm soyuqlardan üşüyəndə də,

Pəncərəmi döyür, qayğıma qalır.

 

Dostum düşünmə ki, soyuğam yadam,

Mən qarda doğulan bir böyük adam.

Qar kimi bəyazam, ruhum incədir,

Onun soyuğunda ruhum dincəlir.

Tərcümə etdi: Aida Eyvazlı GÖYTÜRK

 

Bu yazı Kardeş Kalemler dergisinin 188. sayısında yer almaktadır. Derginin bu sayısında yer alan tüm yazılara aşağıdaki bağlantı üzerinden ulaşabilirsiniz.
Kardeş Kalemler 188. Sayı