HaftanınÇok Okunanları
Gülzura Cumakunova 1
HİDAYET ORUÇOV 2
Osman Çeviksoy 3
HUDAYBERDİ HALLI 4
UFUK TUZMAN 5
Emrah Yılmaz 6
KEMAL BOZOK 7
Ah, bu qara paltar nəyimə gərək?
Onu ki, bayramda geyinməyəcəm.
Rəngi qaradır...
O mənim rəngimi boğur,
O məni dərdli göstərir
O məni dərdə bürüyür...
Rəngi qaradır...
O tarixdən bir qərinə keçibdir,
Uçulubdur dirəklərim,
Evimizin qapıları,
evimizin divarları uçulubdur...
Hər uçqunda bir balta səsi var,
Bir də qara paltar rəngi...
O paltarın rəngi qaradır...
Lakin biliriəm ki,
Bir gün gələcək
Mən də bəyazdan tikilən
ağ paltarımı geyinəcəyəm...
Sonra da
bütün paltarlarımın ətəklərindən
Qara kaymaları götürəcəyəm ...
***********
Şairlər sevəndə başqa cür sevir,
Onların sevgisi tanrıdan gəlir.
Tayqa da oxuyur, çaylar da daşır,
Təbiət danışır şer dilində,
Təbiət danışır şair dilində.
Şairin ilhamı qovur başından
Bütün qovğaları, çətinlikləri.
Şairlər sevəndə qayğısız olur,
Yaşıl ormanlarda, Göy Səmalarda
Ruhu pərvaz edir dərinlikləri.
Şair ağlayanda başqa cür ağlar,
Onun göz yaşları torpağı yuyar.
Şair ağlayarsa , göylər qaralar,
Dolu buludlardan yağmurlar yağar.
Şairlər ağlasa tufanlar qopar,
Şairlər nicatı sevgidə tapar.
Tərcümə: Aida Eyvazlı GÖYTÜRK.
27.04.2022.