HaftanınÇok Okunanları
ELMİRA ACIKANOAVA 1
HİDAYET ORUÇOV 2
Coşkun Haliloğlu 3
Coşkun Haliloğlu 4
MARİYA LEONTİÇ 5
Kardeş Kalemler 6
Ahmet Kartal 7
(Qardaşım Afiq də daxil olmaqla bizə
qələbə sevinci yaşadan
bütün döyüşçülərimizə ithaf edirəm)
Murova könül verdin,
Silahından gül dərdin.
Düşməni yerə sərdin,
Mənim əsgər qardaşım.
Od-alovdan keçirsən,
Qarabağa uçursan
Zəfərə yol açırsan,
Mənim əsgər qardaşım
.
Döyüşürsən ilk gündən,
Yerin cəbhədə - öndə.
Şuşa umuruq səndən,
Mənim əsgər qardaşım.
Türkə tarix yazırsan,
Düşmənləri əzirsən,
Qələbəyə hazırsan,
Mənim əsgər qardaşım.
Qələbəni öpüm mən,
Gözlərimə təpim mən.
Yoluna gül səpim mən,
Mənim əsgər qardaşım.