Şiirler


 01 Ekim 2021


1

Saçlarım payızda tökülür

Yarasını öpdüyum quşlar köçür ürəyimdən

Yağış islanır göz yaşlarımda

Üşüyür kapşənim.

Başmağımın yuxularına girir Şahgölü[1]

Acığımdan otururam qarqaların oturduğu ağac altına

Qurquşum tökülür qorxularım..

Ömrüm sımışkalaşır

Qəmlərini çıtlayan oğlanın əlində

Payız tökülür duruşuğumdan

Ayaqlayırlar məni

Xırç ... xırç

Süpürürlər məni Təbriz’in həyətindən ..!

 

2

Ürəyim tir çəkir

Dodaqlarım Bəhmən[2] qoxuyur

Yaraşır əllərimə Marlboro

Varlığım koleksiyonunda tütün qoxuyur

Darıxdığın axşam oda çək məni ..!

 

3

Silin duvardan azadlığımı

Kəsin bu günlərimi

Müsəllalarda biçin sabahlarımı

İmamiyə’də[3] gömün bütün balıqları

Asın kitabları Gülüstanbağı’nda[4]

İnqilab filmi çəkin Məşrutə Evi’ndə[5]

Alın xanlığı Səttar’ın[6] əlindən

Qurşuna tutun sərdarlığını

Sonra qızdırın şorbaları

Tikin minbirinci imamzadanı!

Kibrit çəkin Saman Meydanı’na[7]

Yıxın Şəhnaz’ın[8] Ərk[9] oğlunu

Çəkin Təbriz’in kerkirəsini

Bazar bazar bağlayın ayaqlarımı

Dünən saat qurmuşdu atam

Oyanmışam

Millətin damından səhər tökülür ..!

 

4

Türkcəyə çevirəcəyəm bütün dərdlərimi

Nisgillərimi anlamayacaq özgələr

Darıxma fəlsəfəsini bir mən biləcəyəm

Birdə telefon kabinindən aslanan qərib bir əskər

Ürəyim qar altında donan qartal olacaq

Mən ölümlə Türkcə salamlaşacağam..!

 

5

Sənə susuz deyib

İllərcə ağladıq

Göz yaşlarımızı qaytar

Urmu[10] susuzdur Hüseyin..!

 

6

Pəncərə açıqdır

Gözlərim asılı

Nə yel gətirir səni

Nə yağan yağış

Sadəcə mən islanıram

İntizar çərçivəsində..!

 

7

Tanrı başımın üstündə keşik versə də

Qanıma sevgilər seromlasa da

Xəzan saçlarıma bahar gəlsə də

Sənsizlik saratandır

Sonunda öldürəcək..!

 

8

Sonra deyirlər tərk et

Burax!

İşdən atılan gün

Atam asılan gün

Anam yataqlarda yatan gün

Ax!

Vətənim satılan gün

Onunla alışıb

Onunla yandım

Bu yanar siqar sönməyəcəkdir..!

 

9

İçimdə dirilib Kiristof Kolomb

Kəşf edərcəsinə sevişirəm sənlə

Gözlərində keşik verir Tanrı

Yum gözlərini

Sən bir yasaq ölkəsən..!

 

10

Ayağımın altında söndürəcəyəm

Əllərindən qalan bu göynərtini

Ey Ərk’in təpəsi boyda özgür

Müsəllalarımda[11] zindan verəcəyəm sənə.

Götür qaç özünü

Götür cingiltini topraqlarımdan

Nifrətim dərvazalarda at çapdırır.

Sonumuz bir arxa tökülən deyil

Mən kitabların alovunda kül olan bir sətir

Sən Şəhnaz’ın[12] ətəyində

Millətçi oğlanın söndürdüyü o siqar kötüyü deyilsən hətta..!

 


 

[1] . Tebriz’in ünlü tarihi gezi parkı

[2] . İranlı bir sigara markası

[3] . Tebriz’in ünlü tarihi mezarlığı

[4] . Tebriz’in ünlü gezi parkı

[5] . Tebriz’in Meşrute Müzesi

[6] . Settar Han, İran Meşrutiyet Devrimi’nin Tebrizli kahramanı

[7] . Tebriz’in tarihi saman pazarı

[8] . Tebriz’in caddelerinden

[9] . Tarihi Ərk kalesi

[10] . Urmu Gölü

[11] . Tebriz’in Ərk kalesini söküp yerine yapılmış Müsella, Cuma namazı yeri

[12] . Tebriz’in Şehnaz adlı caddesi

Bu yazı Kardeş Kalemler dergisinin 178. sayısında yer almaktadır. Derginin bu sayısında yer alan tüm yazılara aşağıdaki bağlantı üzerinden ulaşabilirsiniz.
Kardeş Kalemler 178. Sayı