Şiirler


 01 Kasım 2020


Qarabağ

 

Var düzün, qəldi dağın, həm də ki, bağın, Qarabağ!

Cənnətin ortasına taydı qırağın[1], Qarabağ!

 

Hər can altında muğam sirri yatıbdır, bilirik -

Gövhərin[2] məskənisən, dürdü[3] dodağın, Qarabağ!

 

İzin Allahdan olub, qan atadan, can anadan;

Nazlı köksündə[4] dəyib ərzə[5] ayağım, Qarabağ!

 

Arazın lilli[6] suyu kölgə salıb ağ üzümə,

O səbəbdən də solub lalə yanağım, Qarabağ!

 

Yol tutub geydi çarıq, körpə canım düşdü iraq[7]                                           

Anasan bağrıyanıq, itmiş uşağın[8]...  Qarabağ!                                           

 

Şəksiz[9], olmaz qarabaxt, Tanrı quran cilvəli taxt,

Qaynar əlbəttə yenə çeşmə bulağın, Qarabağ!

 

Ulu Zərdüşt qalayıb dağlara tay tonqalını[10],                                         

Yel əsib qopsa tufan, sönməz ocağın, Qarabağ!

 

Sancılar[11] bəd nəzərə[12], kafəri al qan eləyər,

Şər dili dibdən üzər şanlı bıçağın, Qarabağ!

 

Vaqifin bağrı sənə bağlıdı min bağlar ilə -

Qocaman bir xalısan, mən də saçağın,  Qarabağ!

 

 

Şairin sübh duası

 

 Sübhdən salavat deyib, durdum ilhama gəlib,

Saatı qələbəyə qurdum, ilhama gəlib!

 

Sözü seçdim dən kimi, qələmi köhlən[13] kimi,

Çapdım[14] Qarabağ boyu, yordum, ilhama gəlib!

 

Otuz il firqət, ilhaq - meydan suladı nahaq...

Haçan[15] tutar yerin haqq? - sordum, ilhama gəlib!

 

Vaxt itirdik gör kimə, yağı bəndmiş bir himə[16];

Yenilməz tariximə vardım, ilhama gəlib!

 

Ağdamı, Kəlbəcəri, Laçını, Xocalını

Ürəyimin içində gördüm, ilhama gəlib!

Qollarımı doladım Füzulinin boynuna,

Zəngilan, Cəbrayılı sardım, ilhama gəlib!

 

Qanadlanıb Şuşaya, o müqəddəs guşəyə,

Şehli Xarı-bülbülü[17] dərdim[18], ilhama gəlib!

Şəhid türbələrinə təravət[19] vermək üçün

Pəmbə-pəmbə gül açdı dərdim, ilhama gəlib!

 

Ali Baş Komandanın adınadı ilhamım

İlhamım əmr eləyib, ordum ilhama gəlib!

 

Qarabağ-Azərbaycan!.. hayqırır bir ağızdan

Qələbəyə şığıyır yurdum, ilhama gəlib!

 

26.10.2020


 

[1] Qıraq: Kenar

[2] Göhәr:Cevher, elmas, mücevher.

[3] Dür: İnci

[4] Köks: Göğüs.

[5] Әrz: Yer, dünya, toprak.

[6] Lil: Mil, çöküntü.

[7] İraq: Irak, uzak.

[8] Uşağ: Çocuk.

[9] Şәksiz: Şüphesiz.

[10] Tonqal: Ateş, ateş öbeği.

[11] Sancılmaq: Saplanmak.

[12] Bәd nәzәr: Kötü gözlü.

[13] Köhlәn: Küheylan.

[14] Çapmaq: Atı dörtnal sürmek.

[15] Haçan: Ne zaman.

[16] Him: İşaret, ima.

[17] Xarıbülbül: Ofri çiçeği, ophrys oestifera.

[18] Dәrmәk: Koparmak; toplamak.

[19] Tәravәt: Tazelik; güzellik.

Bu yazı Kardeş Kalemler dergisinin 167. sayısında yer almaktadır. Derginin bu sayısında yer alan tüm yazılara aşağıdaki bağlantı üzerinden ulaşabilirsiniz.
Kardeş Kalemler 167. Sayı