Taziye


 01 Eylül 2024

Türk dünyasının önəmli yaradıcı şəxsiyyətlərindən olan Yaqub Öməroğlunun vəfatı xəbərini eşitmək bizim üçün çox ağır oldu. Yaqub Öməroğlu Türk dünyasında əvəzsiz yeri olan görkəmli yazıçı və naşir idi. Yaqub Öməroğlunun Türk dünyasının yazıçıları və elm adamları arasında yaratdığı böyük elm və sənət körpüləri XXI yüzilin möhtəşəm hadisələridir. Yaqub Öməroğlu Türk dünyasında bütün türk xalqları tərəfindən görkəmli yaradıcı şəxsiyyət kimi eyni dərəcədə yüksək səviyyədə qəbul olunan nadir şəxsiyyətdir. Onun uzun illər ərzində nəşr etdirdiyi “Qardaş qələmlər” dərgisi Türk dünyası yazıçıları və alimlərinin ən böyük birlik və həmrəylik kürsüsüdür. Yaqub Öməroğlunun rəhbərlik etdiyi “Bengü” nəşriyyatı qədər Türk dünyasına xidmət edən ikinci bir nəşr evi göstərmək çətindir. Yaqub Öməroğlunun qəlbinin dərinliklərində yaşayan sonsuz Türk dünyası sevdası onun parlaq əməllərində öz ifadəsini tapmışdır. Səmimiyyət, etibar, sədaqət və bütövlük baxımından da şəxsiyyət kimi Yaqub Öməroğlu əvəzsizdir.

Azərbaycan üçün Yaqub Öməroğlunun itkisi xüsusilə acı və dərindir. Yaqub Öməroğlunun Azərbaycandakı çoxsaylı dostları üçün o həmişə əziz bir insan olaraq qəlblərimizdə yaşayacaqdır. Azərbaycanın Türkiyə və Türk dünyası ilə əlaqələrində də Yaqub Öməroğlunun açdığı yol, göstərdiyi xidmət onun Azərbaycan sevdasının ucalığını da meydana qoyur. 

Yaqub Öməroğlunun vəfatından dərindən kədərlənir, Avrasiya Yazarlar Birliyinə və ailəsinə başsağlığı veririk. Ruhu şad olsun!

 

Bu yazı Kardeş Kalemler dergisinin 213. sayısında yer almaktadır. Derginin bu sayısında yer alan tüm yazılara aşağıdaki bağlantı üzerinden ulaşabilirsiniz.
Kardeş Kalemler 213. Sayı