HaftanınÇok Okunanları
HİDAYET ORUÇOV 1
Tahircan Muhammed, Mukaddes Mirza 2
Coşkun Haliloğlu 3
Fatih Sultan Yılmaz 4
MEHMET ALİ KALKAN 5
Coşkun Haliloğlu 6
ELMİRA ACIKANOAVA 7
Beləcə qocaltdıq qara torpağı..
-əvvəl meyvə küsdü, sonra soxulcan.
Atdıq addımlarla yara tapdağı,
Bağrına can sərib ağladıq: 'can.. can...'
Bir şənlik dağıldı, bir ağı qaldı
min ömrün yuyuldu toz şəhərciyi.
Adsız kəfənlərin min dağı qaldı.
İmtahan yoğurdu boz şəhərciyi?
Mövsümlük dostlarım,necə usandıq.
-nələri bitirdik hesabımızda...
Neçə say itirdik, neçə qazandıq?!
Ümidi diriltdik kitabımızda!?
Boğazda yığılar, düyünlənər söz.
Vəfasız dünyadır-başına uçar..
Yusifi (Hz) quyudan çıxaran bir 'döz!'
Yerin altında da sənə qol açar.
Əbədi yumulan çaxmaq gözlərin
kimsəsiz naləsi göyləri yıxar...
Türküm, quracaqdır Vətən-əllərin!
Çıxar əllərini, torpaqdan, çıxar!