HaftanınÇok Okunanları
Emrah Yılmaz 1
Osman Çeviksoy 2
Yıldıray Çavdar 3
Yıldıray Çavdar 4
Coşkun Haliloğlu 5
HİDAYET ORUÇOV 6
Kardeş Kalemler 7
(Ağrın-ağrımızdı, Ulu Yurdum. Acın-acımızdı, Ulu Türküm. Başın sağ olsun!)
Yenə çəkildin sınağa,
bu bir imtahandı, Türküm!
Orda sənin canın dondu
ürəyimiz yandı, Türküm.
Doğma qardaş, doğma bacı,
bu dərdin də var əlacı.
Bu nə ağrı, bu nə acı-
bu nə qada-qandı, Türküm.
Sərt dayandı, sərt önündə,
mərd dayandı, mərd önündə,
sınan deyil dərd önündə-
bəydi Türküm, xandı Türküm!
Ağrını duyan canına,
donan, buzlayan canına,
orda sızlayan canına,
canımız qurbandı, Türküm.
07.02.2023