HaftanınÇok Okunanları
AYSUN DEMİREZ GÜNERİ 1
VILAYET GULIYEV 2
KEMAL BOZOK 3
HİDAYET ORUÇOV 4
İSMAİL DELİHASAN 5
Ece Türköz Oğuz 6
BURHANETTİN ÇAKICI 7
Biz səni itirən gündən dərk etdik,
O gündən anladıq,
Vətən, nəsən sən.
Biz sənə sığınıb sənə ərk etdik[1],
Əgər xoşbəxtsənsə
Vətəndəsən sən.
Gecikdik qədrini qanıb[2] sevməyə,
Bizim sevgimiz də yubandı[3] bir az.
Elə bil[4], gözlədik bağrın yarılsın,
Sonra məlhəm olaq biz sənə az-maz.
Bağışla, telinə gec sığal çəkdik[5],
Sən də vaxtından tez böyütdün bizi.
Kimisi yubandı, kimi tələsdi[6],
Kimisi axtardı hey[7] izimizi...
Cığırlar dolaşan o sərgərdanın
Gözü yığılmadı[8], gəzdi, dolandı.
Yollar ayrıcına çatan[9] vədədə
Ürək necə dözsün?[10]
Ürək dayandı...
Vətən də boğmadı ahı, naləni,
Uçuq daxmacıqlar[11] qala olmadı.
Vətən ana oldu, vətən el oldu,
Vətən təkcə dönüb bala olmadı...
[1] Әrk etmәk: Nazı geçmek.
[2] Qanmaq: Anlamak.
[3] Yubanmaq: Gecikmek.
[4] Elә bil: Sanki.
[5] Sığal çәkmәk: Okşamak.
[6] Tәlәsmәk: Acele etmek.
[7] Hey: Durmadan, hep.
[8] Gözü yığılmaq: Gani olmak, doymak.
[9] Çatmaq: Ulaşmak.
[10] Dözmәk: Katlanmak, tahammül etmek.
[11] Daxma: İlkel barınak.