Wu-wei


 01 Ocak 2015

     Can... Cism... İkisinə də toxunub, ikisini də zədələyib. Hardan kök salmışdı? Bilmirəm. Hardan kök saldığınınə elmin başı çıxır, nə də mənim. Durduğum yerdə kök atmışdı. Nə əl toxunmuşdu, nə ağız. Nə bir körpəni dirçəltmişdi, nə də bir sevgiyə can vermişdi. Canımı zədələyib, cinsiyətimə qıydı.

     Yara var bağlarlar, yara var dağlarlar. Ama mənim bağlanmış yaramın dağ-damğası həm canımın, həm də cismimin cinsiyətinə toxundu.

     Aynalanıram. Cismimi aynanın duruluğunda görürəm. Əlimi sinəmə çəkirəm. Hələ də ağrıyır. Qırağa çəkilirəm... Aynalanıram... Qırağa çəkilirəm... Aynalanıram... Ayna məni özündə saxlamır.Tapdığı kimi də itirir. Kefsizliklə ayna tutmaz. Kefsizlik aynanın duruluğunu kasladır. Cismimlə canıma basılmış damğanın izi kimi. Sərətan, cism-canımı zədələmədən əyləşib aynada qalmalıydım. Olasıydı? Görəsən bir günbir ayna tapılacaqki insanın sağlamlığını özündə saxlasın?!

     Desəm ki şimidərmani səbəbindən tükü tökülmüş başım heç də vecimədeyil, yalan demişəm. Gec-tez, tüküm kökdən göyərəcək. Ama döşüm necə?..

     «Ağlamaqdan iş çıxmaz», dedi. «Özüvü buraxacaxsan. Özüvünən savaşmiyəcaxsan. Səni stresdən qutarar. Sakin oturacaxsan ta özü asta-asta gəlib keçsin.»

- «İş işdən keçəndən sonra?»

- «Hələ nə olub ki? Uzun uzadı bir yol var qabağında.»

     Utandım doktora deyəm ki, mənim əhvalım toydan sonrakı həna əhvalıdı. «Kordan, kardan, çolaxdan olsaydım genə bir söz...», dedim.-

- «Hər orqanın öz yeri var. Şükr elə ki indi hər cür protez var.»

- «Protez?.. Yox! Qoy onda sinəm taxta kimi qalsın, ama protez yox!»

     Sözümü saymayıb, sözünə davam verdi:

     - «Heş cür çalışmiyəcaxsan. Nə fikirləşəcaxsan, nə də çalışacaxsan ki fikirləşmiyəsən. Qoyfikirlərinən siçan kimi hardan gəlir gəlsin, hara gedir getsin. Sən fəqət dur bax. Ancaq pişik kimi oları tutmaq üçün üstlərinə cumma. Fikrivinən əməlin bir olsun. Gedəndə get, gələndə gəl, oturanda otur. Yeyəndə ye, göylün musiqi istəyəndə, musiqiyə qulax ver... Ağlayanda da ağla. Ancaq heç kimi sayma. Özün özüvə de ki, indi ağlamağım gəlir, ona görədə ağlıram. Öləndə də öl, ama ölümə fikir vermə.»

     Bizim bu həkim ənkolojist olmadan çox, pesixoloqdur. Çalışdım hər zada adi baxım. Başardıqca fikir etməyim. Onun dediyi kimi bağdaş qurdum. Barmaqlarımı bir-birinə qıfılladım. Kürəyimi dikəltdim döşümü qabağa verib, gözlərimiyumdum ki, bəlkə içimdə olan hövüşnə asta-astagəlib, sovuşsun. Döşüm tir çəkdi. Ağlamağım gəldiyinə görə ağladım...

     Aynalanıram. Cərrahlıqdan sonra, bu birinci dəfədir ki cəsarət tapıb, bu qədər ayna qabağında dayanıb, öz cismimə baxıram. Bir aynaya baxıram, bir də aynanın başında çərçivələnmiş cismimin bir parçasına, sərətanlı orqanımın şəklinə. Üzdə sağlam görünür, ama içdən ağacın içini qurd yemiş kimidir.

     Ayna nə qaş-gözümü göstərirnə ağız-burnumu, nə də çiyinlərimə ağırlıq edən qollarımı. Ancaq sinəmdəki bir cüt nurəfkən korluğunu üzümə çəkir. Üstəlik hamar və kişi köksünə dönmüş döşüm gözüməhəm ağlamalı, həm də gülməli gəlir. Ürəyimi yandıran yeri burasıdır ki, həttakişilərin döşündə olan mərci boyunda gilə də, taxtaya dönmüş saf sinəmdə gözə dəymir. Hamarlanmış köksümdə, dərimin kəsilmiş yerində, təkcə ət-dəri cinsindən olan, bir cüt parallel qırmızı xət görünür ancaq.

     Ayağa durub özümü azad buraxıram. Çalışıram təbii baxım hər şeyə. Çalışıram yox, səhv elədim. Əslində çalışmıram. Stres, qussə filan qoy özü gəlib keçsin.Nə işim var axı!.. Bu günlər işpeşəm özümlə barışmaq olub. Çalışıram özümlənə savaşım, nə də savaşmyım. İstirəm başardıqca təbii davranım. Tapınmaq kimi. Ağlamağım da ağlamağa tapınmaqdır. Nədənini axtarmadan ağlayıram. Ağlamağı nə pis, nə də yaxşı sanıram. «Sadəcə ağlayanda ağla, güləndə gül», özüm özümə deyirəm.

     Mərizxanada qalarkən qalmışdım ki, mubaylla özümdən çəkdiyim şəkili verim zahir eləsinlər ya yox. Təbii davranmaq fikrimi bir yanlıq elir. İstədiyim işi görməliyəm, nə olur olsun.

     Şəkilxanaya girəndə,strüs, qussə, hamısı ötüb,bitmişdi. Özümü yaxşıələ almışdım. İçəri girmədən şəkilxananın ayna şüşəsində başdan aşağa, özümə bir nəzər saldım. Taxta köksüm şüşənin aynalığında elə də bətər gözə vurmurdu.

    «Bu şəkilizahir eləyib, sonra da çərçivəyətu- tarsız» deyib, mubaylımı şəkilçiyə sarı uzaltdım. Şəkilçi qəbizi mizin çəkməcəsindən çıxarıb, üzərində bir şey yazmadan,mubaylı əlimdən alıb baxdı. Qəfildənildırım vurmuş adam kimi birdən-birə rəng-rufu dəyişdi. Yerindən qalxıb:

- «Bu nədi xanım? Özüvü sərimisən?»

- «Nədi ki, şəkildi daa.»

     Şəkilçisə qaşların düyünləyib, siqar qutusunu köyənk cebindən çıxarıb, bir siqar alışdırdı:

- «Mən bu işlərdən görənmərəm... Əmakin gəlib bunu mənim labratvarımda görsə, tükan-bazarımı çəkib bağlar.»

     Mubaylımı alıb, suyu süzülmüş şəkilxananın qapısına sarı yollanırdım ki, ayağımı eşiyə qoyub-qoymamış bir daha geri döndüm. Şəkilçi döndüyümü görcək, əsəbi bir halda siqarının kötüyünü filim qutularının birisi üzərində əzmək istədikdə barmaqları qutunun darısqal ağzına ilişdi. Güclə barmaqlarını qutunun içindən çıxardıb gözucu mənə baxdı. Mənsə dodağımı qaçırtdım.

     «Ağayi- möhtərəm, bu sərətanlı bir xanımın əməldən qabax əksidi. İndi cərrahlıx eliyiblər. İstir bədəninin kəsilmişqismətini ömrü boyu otağının duvarına vurub, yadigar saxlasın. Allah eləməmiş zənəndə əksi zadı dəyil ki! Bir dəbunnan sizin tükan-bazarızın bağlanmasına nə dəxli var?»

     Şəkilçi qaldı ki gülsün yoxsa kədərlənsin. Bir özümə, bir də hamarlanmış köksümü süzdü.

- «Allah köməyi olsun.» Mənsə özümü sındırmadım:

- «İndi amazonlara bənzir.»

     Şübhəli bir halda dəliyə baxan kimi mənə baxdı:

- «Amazon nədi?»

- «Amazonlar yunan əfsanələrində döyüşən xanımlarıdılar ki, yayı döşləri üstə rahatca çəkib, kişi düşmənləri oxlamağüçün özləri bilə-bilə döşlərini kəsərmişlər.»

     Şəkilçi qəfildənqəhqəhə çəkib güldü.

- «Memorini çıxart ver görüm neyniyə billəm... Zahir eliyənnən sonra faylın siləcəm.Sən də şotor didi, nədidi haaa...Yaxçı? Heş kim bilməsin mən bu şəkili zahir eləmişəm haaa.»

- «Siz bunu mənə bir tablo kimi verin, məndə ağlımın luğətxanasında hər nə şotor varsa silərəm!»

     Aynanı özümdən boşaldıram. Mənsiz onun duruluğu daha da görkəmlidir. Kampüterin başında oturmamış bir daha çılpaq canımla dizə çökürəm. Xodxori eləmədən bir az dözürəm. Stressə özbaşına gəlib ötüşür. Protezləri seçməyə gərək soyuqqanlı olum. Hətta bu dönə ökütməylə ağlamaq istəyirəm, ökütməylə ağlayıb, dincəlirəm. Qussədən boşalıram. İndi ağıllı-başlı adam kimi kampüter başında otura bilərəm.

      Monitordakı protezlərin şəkillərinə baxıram. Bu protezlərin heç birisi aynanınbaşına vurduğum tabloya bənzəmir.

      Doktor «hər ikisində də var... Özü də qreydesədi3« demişdi. Danışa-danışa patolojinin analiz kağızı əlində büzüşmüşdü. Doktordən öncə özüm googelin axtarış motorunda «qreydsə» anlamını axtarıb, tapmışdım. Sonra təkbaşına oturub ağlamışdım. Onda hələ təbii davranmağı, özümlə savaşmamağı başarmırdım. Ağlamağa görə deyil, öz halıma ürəyim yanıb, ağlamışdım. Məni öyüdən olmamışdı. Qussə xirtdəyimin yolun kəsmişdi. Özüm özümə toxtaqlıq verə bilmirdim. Ürəyim istəmişdi keşkə birisi tapılıb, məni danlayıb, deyərdi: «özüvü sərimə qız, dur ayağa! Dərman dalısıca getmax əvəzinə utanmısan oturub gözüvün abqorasını sıxısan? Ölüm deyil ki qır-saqqız kimi gəlib sənə yapışsın. Sərətandı daaa. Maşallah özün ki dərs oxuyubsan bilisən ki elm hər dəyqə, hər saniyə update olur!»

     Di gəl ki, kimsə tapılmamışdı bu sözləri mənə desin. Elm hər saniyə update olsaydı da, hələ buracan onun nədənini, hardan gəldiyini, necə tapıldığını bəlli edə bilməmişdi.

     Xərçəng sözünü özüm özümə təkrar eləyəndə qəfildən xərçənglərin maqqaşa oxşar qolları, köksümü cırmaqlayıb, döşlərimi didələdiyini hiss eləmişdim. Sonra öz-özümə «yoo, nə xərçəng nə də kanser, elə mən də hamı kimi sərətan deyəcəyəm. Sərətan sözü xərçəng- dən daha yumşaq dilimdə dolaşır. Sərətan yumşaq-yumşaq insanların canının kökünə işləsə də, xərçəng sözü kimi, qabaqcıl deyil, ağızda dolananda, adamın canını didələmir. Ancaq nəsə ölüm kimi bir cür qorxu salır adamın ürəyinə.»

     Bununla belə doktordan soruşdum: «qreydesə yanı nəmənə?» O isə matəmli baxışını mənə zillədi. Baxışı elə qussəli idi ki, bir an öz dərdimi itirib, onun dərdinə qaldım. Dedim yəqin doktorun da lap yaxın adamlarından birisi, bəlkə bacısı, bəlkə də yaşam yoldaşı bu dərdə giriftar olub ki, özünü mənimlə belə özdaş göstərir.

- Qreydesə yanı əvvəlin fürsət dəgərəh əməle cərrahi olasan. Cərrahlıqdan sonra da ənkolojist yanına gedib şimidərmani dərmanları alasan. Özü də ağır əməldi. Bir az da bahalıdı. Təəccüb edirəm...Axı... Belə sənin yaşıva yaraşmır baaa!»

     Doktor yadımdan çıxartdığım təkbaşına ötüb keçən qırx iki ili yadıma saldı. Az qalırdı doktorun sözlərini dinləyə-dinləyə göz yaşlarım yenə yanaqlarımı islatsın.O isə mizinin üstündəki kitabı varaqlayaraq sözünə davam verdi:

- «Hərçənd,neçə ildi ki ibtila yaşı aşağı gəlib, ama hər dərdin bir dərmanı var... Dedin subaysan daa, yoo? Sənnən sonra xanivadəzdə sərətana mübtəla olan var?.. Vaxtı tələf eləmə. Yazıram günü sabah gedib mərizxanada yatasan.»

     Göz qabağında olan vucudumun qadınlıq kimliyi bir azdan yoxa çıxacaqidi. Biləyimə bağladıqları qolbağının üstündə yazılmış kimliyimi oxudum. Adım, soy adım, atamınadının yeri qolbağına yapışmış bərçəsbin üstündə boş qalmışdı. Gözlərim doluxdu. Döşlərimi ovuclarımda tutdum. Ovuclarıma ağırlıq elədi. Ləməf düyünləri onlarıniçində sərətana dönüb,vəz bağlasaydı da, hələ də yumşaq idilər. Ovcumu əl dyilməmiş döşlərimin giləsində dolandırdım. Qoltuqlarımın altında gəzdirdim. Barmaqlarımın ucu cəviz boyda lməflərə toxunduqda, özümdən ixtiyarsız ağladım. Pərəstar qapıdan əyilib, dedi: «sancaq, saat, məsnoi diş...Hər nə varındı çıxart! Yarım saatacan əməl otağına gedəcaxsan... Bax... Buna! Hələ ağlır... Nəyi gözlüsən? Di dur əməl paltarlarıvı gey axı!»

     Canım elə bil sal daş idi. Güc-billahınan onu təxt üstündən qaldırdım.

     Pərəstar bir daha geri dönüb «tez ol paltarıvı dəyiş axı!», dedi.

     Onun deməyinə ökütmə vura-vura əynimdəki mərizxana paltarını çıxardıb, kağız kimi xışıldayan bir dəfə geyimlik paltarı geyəndə, ağlımdan bir fikir keçib ağlamağım dərhal kəsildi. Paltarı geyməmiş mubaylımı götürüb, canımın zədələnmiş bölgəsindən bir neçə şəkil çəkdim. Birdən-birə pərəstarı qapı çərçivəsində dayanmış, üzünü cırmaqlayarkən gördüm...

     Aynanın başınavurmuş şəkili götürüb, monitorda görünən protezlərlə tutuşdururam. Bir gözüm şəkildə, bir gözüm monitorda...

     Doktor «qarnından kəsib, protez qoymaq olar», demişdi. Əlimi qarnıma çəkirəm. Altı ay şimidərmani sürəsində, arıqlamışam. Qarnımın nə piyi qalıb, nə əti. Köksümdəki bir cüt parallel kəsilmiş yara izi bütün həyatıma yetərlidi.

     «Bir də təzriqi protez var», demişdi doktor. Monitordakı şəkilləri bir bə bir açıram.Təzriqi protez necə ola bilər, deyə, googeldən oxuyub, şəkilinə baxıram. İzahi yazılarını da bir bə bir oxuyuram. Silikon adlı bir maddə köksün cərrahlıq olan yerinə növbətiolaraq zinə-zinə təzriq olunub, sonra dərinin altı qovuq kimi şi- şir...

- «Görəsən qovuq döşün giləsi olmaz?»

     Kimsə yoxdur sualımı cavablasın. Əlimi hamarlaşmış köksümə çəkirəm. Monitorda protezlərə aid səhifələri bir bə bir dəyişirəm. Lifciyə bənzər bir protez diqqətimi çəkir. protezin gilələri doğal gilələrə bənzəyir.

     Şəkillərə baxmağa davam verə bilmirəm. Yenə təbii olmalıyam. Azad buraxıram özümü.Adi baxıram hər zada. Gilə olur olsun, olmur olmasın. Nə olduğuna fikir verirəm, nə də olmadığına. Nə döşün varlığını düşünürəm, nə də yoxluğuna. Ancaq hər zaddan önəmli riləks olmalıyam. Özümü azad buraxıram ki, qussə ötüb keçsin. Narin-narin ağlamaq istəyirəm. Ağlayıram. Sonra ökütmə vurub, hönkür-hönkür ağlayıram...

Aban 1392

Bu yazı Kardeş Kalemler dergisinin 97. sayısında yer almaktadır. Derginin bu sayısında yer alan tüm yazılara aşağıdaki bağlantı üzerinden ulaşabilirsiniz.
Kardeş Kalemler 97. Sayı