HaftanınÇok Okunanları
NIKA ZHOLDOSHEVA 1
Hayat Aras 2
ZEHRA TAŞDEMİR 3
HİDAYET ORUÇOV 4
Emrah Yılmaz 5
KADIRKUL ÖMÜRKOLOV 6
VILAYET GULIYEV 7
(Türkiyədə qalıqlar altından çıxarılan körpə qızın gözündən oxuduqlarım...)
Oyuncaqlarım töküldü,
Bunlar nə ağırmış, ana!
Bu minik, körpə bədənim,
Torpağı sıxırmış, ana!
Dağlar yeyib dəmirini,
Çaylar almır cimirini...
Yerin sıyıq xəmirini,
Kim belə yoğurmuş, ana!
Yaş gəlmədi yaş üstünə,
Göydən gələn baş üstünə.
Qanım daman daş üstünə,
Yağış da yağırmış, ana!
Tale sözünü tutmadı,
Telim könlünə yatmadı.
Divara gücü çatmadı,
Atam da fağırmış, ana!